Yaponlar hər zaman öz icadları ilə insanları təəccübləndirməyi bacarırlar. Onlar yenə də öz ənənələrinə sadiq qalıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mobil telefonun çoxalması ilə telefon budkalarının istifadəsiz qalması yapon tələbələri yeni bir icada sövq edib.

Yaponya "Kioyoto" universiteti İncəsənət və Dizayn kafedrasından olan 5 tələbə şəhərdəki budkalardan birini akvariuma çevirib. Yerli sakinlər bu layihəni maraqla qarşılayıb. Qeyd edək ki, şəhərdə bu cür akvarium-budkalarının çoxalacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə