Fransanın paytaxtı Parisdə Zinəddin Zidanın Marko Materazziyə endirdiyi məşhur baş zərbəsinin xatirəsi əbədiləşdirilib. SİA-nın verdiyi məlumata görə, 5 metr hündürlüyə malik olan bürünc abidə Əlcəzairli heykəltaraş-rəssam Adel Abdesseme tərəfindən hazırlanıb və Parisin Pompidou Muzeyinin önündə sərgilənib.

Sakinlər heykəlin ucalmasını heç də müsbət qarşılamayıblar. Əksər insanların fikrincə, Zidanın etdiyi hərəkət futbol qanunlarında ziddir və belə bir heykəlin Fransanın paytaxtında ucalmasını məntiqi cəhətdən əsaslandırmaq çətindir. Ziddiyyətli fikirlərin səslənməsinə baxmayaraq Paris sakinləri ümumilikdə heykəli maraqla qarşılayıblar.

Xatırladaq ki, 2006-cı ildə keçirilən futbol üzrə dünya çempionatının finalında Zidan İtaliyan müdafiəçi Materazziyə qarşı kobudluğa görə oyundan uzaqlaşdırılılıb. Oyundan sonra Berlində Zidan rəsmi şəkildə futbolu tərk etdiyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə