Tarixin ən böyük gümüş xəzinəsi

Tarixin ən böyük gümüş xəzinəsi

Danimarkalı həvəskar arxeoloqlar tarixin ən böyük gümüş xəzinələrindən birini aşkarlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zelandiya adasında 3 həvəskar arxeoloq 3 min il əvvəl gümüşdən hazırlanan qadın bəzək əşyaları və külçələr tapıblar.

Tapıntının təqdim olunduğu yerli muzeyin əməkdaşları bunu müstəsna hal adlandırıb. Onların sözlərinə görə, bu ərazilərdə bu cür qiymətli əşyalar bu günə kimi tapılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə