“Fast-food”-un sirri açıldı

ABŞ-ın Missuri Universitesi və Kansas Tibb Mərkəzi tərəfindən aparılan araşdırmada "fast-food" məhsullarının uşaqlar tərəfindən "marka" kimi qəbul olunduğu və bu səbəbdən sevildiyi məlum olub.

"McDonald’s", "Pizza Hut", "Burger King" yemək markaları da daxil olmaqla dünyada məhşur olan 120 yemək markasının loqoları fikir haqqında məlumat verən cihaz altında uşaqlara göstərilib. Nəticədə uşaqların fast-food logolarını gördükcə beyinlərindəki işdah bilmə sinirlərinin fəaliyyətə başladığı məlum olub. Daha sonra "BMW", "FedEx" kimi digər marka logoları uşaqlara nümayiş olunub və heç bir reaksiyanın baş vermədiyi açıqlanıb. Mütəxəssislər azyaşlıların bəzi markalara qarşı qeryi-ixtiyari olaraq reaksiya verdiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə