Azərbaycanlı 387 min dollarlıq cek-pot udub

Azərbaycanlı 387 min dollarlıq cek-pot udub

Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Bayramov lotereyada cek-pot qazanıb. Tiflis sakini olan T. Bayramova 642 min lari dəyərində (təxminən 387 min dollar) rəmzi çek təqdim edilib.

Bu, 2012-ci ildə qazanılan sayca 5-ci cek-potdur. T.Bayramov qeyd edib ki, belə uğur qazanacağına inanmırdı. O bundan sonra mütəmadi olaraq lotereya oynamaq niyyətindədir.

T.Bayramovun sözlərinə görə, qazandığı pullarla ailəsinin gələcəyini təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə