726 kilo olmaq istəyən qadın

Əsas məqsədi 726 kilo olub dünyanın ən kök insanı olmaqdır. 2 uşaq anası olan Susanne Eman dünya rekordunu qazanmaq üçün davamlı olaraq yeyir. Ən maraqlısı isə nişanlısı Parker Klakın onun aşpazı olmasıdır. 33 yaşında və 340 kilo olan Susanne mükəmməl tərəf müqabili tapdığını deyir. Dünyanın ən kök insanı olmağı hədəf seçən Eman, internetdə tanış olduğu bacarıqlı aşçı Parker Clark ilə nişanlanıb.

Emana göre isə bu tanışlıq "cənnətdən düşmə"dir: "Mən yeməyi çox sevirəm, o da bişirməyi. Kök qadınları sevir və yemək yediyim zaman nə qədər xoşbəxt olduğumu görür. Bişirmək bacarığı onu bəyənməyimin bir hissəsidir. Mətbəxdə bu cür bacarıqlı birinə necə qarşı çıxa bilərəm?

Bütün bu xoşbəxtliyə baxmayaraq Eman artıq çəki səbəbindən əlil arabasına məhkumdur, lakin nişanlısı ona yaxşı qulluq etməyi əsirgəmir: "Nişanlımı dəstəkləyirəm, çünki bu onu xoşbəxt edir. Səhhəti üçün çox narahatam, ancaq yeməklərinin arasında tərəvəzlərin olmasına da diqqət edirəm. Birlikdə üzməyi çox sevirik. Dünyanın en kök qadını olmağını nə qədər çox istədiyini bilirəm. Keçən il həkim müayinəsindən keçdik. Həkimi onun kökəlmək istəyini dəstəkləməsə də səhhətinin yaxşı olduğunu dedi".

"Həkimə görə Susanne həyatı ilə oyun oynayır. Bütün bunlara baxmayaraq ona çox aşiqəm. Necə görünməsindən asılı olmayaraq onu sevirəm. Bəlkə də mükəmməl bədən görünüşünə sahib olsaydı onun fərqinə vara bilməzdim. Düşünürəm ki, arıq qadında çəkici olan heç nə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə