Antaliyada görülməmiş hadisə
Antaliyada Avropanın ən lüks otelini açan Azərbaycan əsilli milyarderin başı dərdə girib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Mardan Palace"nin sahibi Telman İsmayılov restoranların birində dostları ilə birgə yeyib-içəndən sonra bir qarsona 10 min dollar verib.
Hadisə, daha doğrusu mərəkə də bundan sonra başlayıb. Pulu alan qarson pulun bir hissəsini yeməyin hesabı kimi kassaya verib, digər hissəsini isə cibinə qoyub. Digərləri "İsmayılov nə qədər pul verdi", deyə soruşublar. Cavabdan razı qalmayanlarla pulu "əkişdirən" arasında dava başlayıb. Bəxşiş üzündən qarsonlar arasında başlanan dava məhkəməyə qədər gedib çıxıb. Telman İsmayılov isə bu üzdən çətin anlar yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB