Musiqiçi səhnədə öldü

Amerikanın "Generation Esmeralda" qrupunda bədbəxt hadisə baş verib. Məlumata görə, Braziliyada konsert proqramı ilə çıxış edən qrupun təbilçalanı Bred Perker səhnədə infarkt nəticəsində ölüb.

Qeyd edək ki, halı qəflətən pisləşərək təbillərin üstünə yıxılan 59 yaşlı Perkeri bu vəziyyətini heç kim başa düşməyib. Musiqiçi ancaq yerə yıxıldıqdan sonra ona ilk yardım göstərilib. Bred Perker xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Artıq Perkerin cənazəsi Braziliyadan vətəni Kaliforniyaya göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə