İngiltərədə Lauren Thomas adlı 16 yaşlı gənc qız saçlarını boyadıqdan bir neçə saat sonra qeyri-adi hadisə ilə qarşılaşıb. Saç boyasına alergiya verən Lauren üzünün və başının getdikcə şişməsindən qorxduğunu deyib: "Özümü tanıya bilmədim, aynaya baxdım və görüntüdən qorxdum. Dəqiqələr keçdikcə başım daha da çox şişirdi".
Onun sözlərinə görə, boyadan istifadə etdikdən sonra başında qaşınma hiss edib. Saçlarını yuduqda isə qaşıntının artdığını bildirən Lauren güzgüyə baxdıqda gözlərinin də şişdiyini görüb. Gecə başının ağrısına oyanan gənc qız göz qapaqları şişdiyinə görə gözlərini aça bilməyib. Xəstəxanaya müraciət edən Laurenə həkimlər alergiya diaqnozu qoyublar. Uzun müddət müalicədən sonra Lauren əvvəlki vəziyyətinə qayıdıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB