25 dəqiqə havada asılı qaldı

Bazar günü Braziliyanın cənubunda yük maşınının magistral yolda sürüşməsi bədbəxt hadisə ilə nəticələnə bilərdi. Amma ağır tonajlı maşının yol kənarındakı qoruyucu hasarı dağıdaraq havada asılı vəziyyətdə qalmasına baxmayaraq, sürücünü xilas etmək mümkün olub.

Yerli xəbər saytı "Npdiario.com"a əsasən, sürücü Aguinaldo da Silva Parana və Sao Paulo ştatlarını birləşdirən Çavantes körpüsü üzərindən keçərkən idarəetməni itirib və qəza nəticəsində körpünün hüdudlarından kənara çıxıb.

Xilasetmə qüvvələrinin 25 dəqiqəlik səyi nəticəsində Aguinaldo da Silva xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə