Qədim zamanlarda lentə alınan filmlərə nəzər salsaq görərik ki, orada rola çəkilən aktyorların hər biri incə görünmək üçün korsetlərdən istifadə ediblər. 19 əsrdən başlayan korset ənənəsi bu gün də çox aktualdır. Bəzi aktyorlar rol aldığı filmlərdə müxtəlif ölçülü korsetlərdən istifadə edirlər ki, şux qamətə və incə bel görünşünə sahib olsunlar.
Korsetlərin müxtəlif - idman, gəzinti, ziyafət hətta hamilələr üçün də hazırlanmış növü var.
Bəzi insanlar nə qədər incə belə sahib olsalar da yenə də korset taxmağı sevirlər. Bu, bəzilərində xəstəliyə belə çevrilib. Belin sıxılması və iplə əhatə olunmasından zövq alan insanlar korsetsiz yaşaya bilmirlər. 19 əsrin əvvəllərindən korset vasitəsi ilə dəhşətli dərəcədə incə belə sahib olan bəzi akyorlar görünüşləri ilə hər kəsi şoka salıb.
Əgər əvvəllər xanımlar korsetdən bellərini incə görsəməyə çalışırdılarsa, artq 1920-ci illərdə zərif cinsin nümayəndələri bu üsulla döşlərini gizlədirdilər. Bu növ korsetlər isə ən çox filmlərdə kişi rolunu canlardıran xanımlara lazım olurdu.
Kübar ailələrin qızları isə erkən yaşdan korset taxmağa meyilli olublar. Bu adət kişilərdən də yan keçməyib. Onlar da korset vasitəsi ilə qamələrini düzəltməyə çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB