Küçə sakinlərinin bədii halı

Dünyanın ən məşhur fotoqraflarından olan Lii Ceffriz bu gün ən çox tələb olunan peşəkarlardandır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Krallıqda yaşayan fotoqraf uzun illərdir kreaktiv şəkillər çəkməklə gündəmdən düşmür.

Lii bir gün London küçələrində gənc, evsiz və kiməsiz qızla rastlaşır. Elə bu görüş onun evsiz insanlara qarşı fikrini tamami ilə dəyişir. Fotoqraf belə insanları bədii tərzdə ifadə etməyi qərara alır. Elə o gündən başlayaraq Ceffrizin incəsənətinin əsas mövzusu küçədə məskunlaşan sakinlər olur.

Fotoqraf Avropada və ABŞ-da gördüyü bütün evsizləri çəkir. Yuzlərlə fotoların müəllifi olan fotoqrafın bu mövzuda lentə aldığı bəzi şəkilləri oxucularımıza təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə