Həkimlər bəşəriyyətin səkkiz ən müəmmalı xəstəliyinin adını açıqlayıblar. Bu baxımdan birincilik QİÇS-ə aiddir. İkinci yeri şizofreniya tutur. Üçüncü pillədə isə Alçheymer xəstəliyidir.
QİÇS-in varlığı artıq 25 ildir məlumdur. Xəstəliyin əlamətləri və yaranması şəraiti də bəllidir. Şizofreniya ilə bağlı da vəziyyət məlumdur. Alçheymer isə hərədə bir cür təzahür edir. Xəstəliklərin belə desək, reytinqində dördüncülük quş qripinə məxsusdur. Ona yoluxunların demək olar, yarısı dünyasını dəyişir.
Siyahıda beşinci olan Pika adlı müəmmalı xəstəliyə düçar olanlar kağızı və çirkab olan hər şeyi yeməyə meylli olurlar. Həkimlərin, həmçinin Yakob Kreytçfeldinin müalicəsindən də xəbərləri yoxdur. Reytinqdə altıncı olan bu xəstəlik zamanı insanlarda heyvanlara, konkret olaraq inəyə xas dəlilik əlamətləri baş qaldırır.
Müalicəsi olmayan xəstəliklərin siyahısında xroniki yorğunluq sindromu da yer tutur. Maraqlıdır ki, müəmmalı xəstəliklərin siyahısında adi öskürək də yer alıb. Həkimlər belə hesab edirlər ki, onu müalicə edib-etməməkdən asılı olmayaraq, xəstəlik öz-özünə gəlir və gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB