“Terminator” gerçəkdirmi?

Alyaskanin cənub regionlarının birində polis qeyri-adi döymələrə (tatoo) sahib olan cinayətkarı yaxalayıb. Ceyson Barnum adlı şəxs polis nəfərlərinə atəş açmaqda günahlandırılıb. Axtarış zamanı həm də müyyən olunub ki, Barnum heroin aludəçisidir və o, narkotik vasitəni əldə etmək üçün bundan öncə bir sıra oğurluq hadisələri də törədib. Elə polisə atəş açdığı silahı da məhz soyduğu evlərin birindən oğurlayıb.

Məhkəmə zalında çəkilən şəkillərdən aydın görmək olur ki, 37 yaşlı cinayətkarın siması döymələrə bürünüb. Alyaskalı "Terminator" simasında olan döymələrdən kifayətlənməyib, görmə qabiliyyətindən imtina edərək sağ gözünü də qara rəngə boyadıb.

Ankorage regionun Polis İdarəsinin verdiyi hesabata görə, Ceyson Barnum bundan əvvəl də bir sıra cinayətkərlarda günahkar bilinərək həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə