Pedofil keşişə 330 il həbs cəzası

Pedofil keşişə 330 il həbs cəzası

ABŞ-da bir katolik keşiş 5 uşağı cinsi istismar etdiyinə görə 330 il həbs cəzası alıb. Xəbərdə deyilir ki, 69 yaşlı Oskar Perez 2007-2011-ci illər arasında Los Ancelesdəki evində 9-15 yaşlı uşaqları cinsi istismar edib.

"Laguna Hills Episcopalian" kilsəsində yepiskop və keşiş olan Perez kilsə xidmətlərinə kömək üçün uşaqlarla dostluq edib və qurbanlarını mənzilinə dəvət edib.

Uşaqlardan biri cinsi istismar haqqında valideynlərinə şikayət etdikdən sonra keşiş 2011-ci ilin sentyabrında polis tərəfindən saxlanılıb. İstintaq nəticəsində polis başqa uşaqların da keşiş tərəfindən istismar edildiyini ortaya çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə