Rəqəmdən qorxanlar..

13 – bu rəqəm bir çoxlarının nəs adlandırdığı tarixi mistik rəqəm olaraq qəbul olunmaqdadır. Tamlıq və hormoniya rəqəmi olan 12-dən sonra gəlməklə, sanki bütün nizamı pozan bu rəqəm insanlar tərəfindən əsrlər boyu şeytanın və uğursuzluğun rəqəmi hesab olunub, qorxu və lənətə tuş gəlib.

Əgər daha öncə reakarnasiyaya inanan insanlar 13-ü başlanğıcın sonu və yeni başlanğıca işarə olaraq qəbul edirdilərsə, insanların ölümə olan münasibəti , bu rəqəmə olan yanaşmanı da dəyişdi. Və hətta iş o yerə çatdı ki, triskaidekafobiya -13 rəqəmindən qorxma kimi fobiya növü də ortaya çıxdı.

Bu gün 13 rəqəminin əsiri olan insanlar həddindən artıq çoxdur. ABŞ-da evlərdə 13-cü mərtəbə yoxdur. Faktiki olaraq insanlar 13-cü mərtəbədə yaşasalar da, 14-cü mərtəbədə yaşayırmışlar kimi özlərinə təsəlli verirlər. Fransada isə 13 nömrəli mənzilə rast gəlmək olmur.

Bəzi təyyarələrdə 12-ci oturacaqdan sonra 14-cü oturacaq gəlir. Gəmilərdə əksərən 12-ci otaqdan sonra ,14 nömrəli otaq gəlir. İtaliya teatrlarında isə 13 nömrəli yer yoxdur. Liftlərdə də 13 rəqəmi olmur. Heç bir sağlam düşüncəli amerikalı işgüzar görüşü saat 13-ə, xüsusi ilə də ayın 13-nə təyin etmir.

Bəs xristian dünyası 13-dən niyə qorxur?

İblis göy ətrafında 13-cü mələk olub. Cadugər və ifritələr bir yerə yığışarkən 12 nəfər olurlar. 13-cü isə şeytanın özü olur. Xristian dinində İsa 12 apostoldan sonra 13-cü idi. Gizli cümə iştirakçıları da 13 nəfər idilər. Şagirdi İsa Peyğəmbəri məhz ayın 13-ə təsadüf edən cümə günündə romalılara satmışdı. Ona görə xristianlarda 13 rəqəmi "XƏYANƏT" rəqəmi hesab olunur.

Rəvayət edilir ki, iblis Adəmlə Həvvanı da məhz ayın 13-də yoldan çıxarıb və o göy dərgahında 13-cü mələkdir. Hz. İsanın məşhur son yeməyindəki həvarilərin sayından qaynaqlandığı da qeyd olunur. İsanın bir cümə günü çarmıxa çəkilməsindən əvvəlki son yeməyində cəmi 13 adam vardı: İsa və 12 Həvari. Buna görə də Xristianlarda axşam yeməyində 13 adam bir araya gəlirsə bunlardan birinin başına bir fəlakət gələcəyinə inanırlar. Sonralar özündə 13 rəqəmini təşkil edən hər şeyə xristiyanlar nifrət etdilər.

Lakin, xristian dinini qəbul etmiş elə xalqlarda var ki, onlar 13 rəqəminin uğurlu olduğun düşünür. Məsələn, yunanca İusus Xristos 13 hərflə yazılır. ABŞ dollarında 13 rəqəmi əks olunub. Rəsmi olaraq bu, ilk dəfə birləşən 13 ştatın rəmzidir. ABŞ-ın dövlət gerbinin elementlərində də 13 rəqəmi var.

13 yəhudilərin müqəddəs rəqəmidir. Kərbəla təqvimində 13 səma fəvvarəsi əks olunub. Deyilənə görə, cənnətə 13 çay axır.

Bəs müsəlmanlar 13 rəqəmindən qorxurlarmı? Müsəlmanlar üçün 13 rəqəminin uğurlu olduğu söylənilir. Çünki bu tarixdə yalnız yaxşı iz buraxan hadisələr gerçəkləşib.

Tarixə nəzər salsaq:

Səlahəddin Eyyubi Səlib yürüşlərinin on üçüncüsündə, xristiyanları qəti bir məğlubiyyətə uğratmışdı. İstanbul 29 May 1453 Çərşənbə axşamı günü Türklər tərəfindən fəth edilib. 1453 tarixinin rəqəmlərinin cəmi (1 + 4 + 5 + 3 =13) "on üç" edir. Hz. Məhəmməd miladi təqvimə görə 571 ci ildə doğulmuşdur: 5+7+1=13.13 rəqəminin uğursuzluğuna səbəb olan inancın mənşəyində bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsini söyləyənlər də az deyil.

Əslində isə hər şey bu rəqəmə yanaşmamızdan asılıdır. 13 rəqəmi uğur və ya uğursuzluğu deyil, olan və olacaqlar arasındakı əlaqəni yaşadır. Numerologiyaya gəlincə isə 13 köhnə ilə bitirib, yeni başlanğıclara atılmaq yeniliklərin gözünə baxmaq kimi xarakterizə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə