İsvec polisi Stokholm metro stansiyasinda baş vermiş dəhşət saçan oğurluq hadisəsinin video görüntülərini yayımlayıb. SİA-nın verdiyi məlumata görə, təhlükəsizlik kamerası 38 yaşlı vətəndaşın içkili halda olmasını və müvazinətini itirərək qatar reysleri üzərinə düşməsini qeydə alıb. Hər şey məhz bundan sonra başlayır. Bu hadisəni yaxından izləyən bir şəxs isə təhlükə ilə qarşı-qarşıya olan insanı xilas etmək əvəzinə tükürpədici bir cinayət törədir. O, soyuqqanlı bir şəkildə qatar yolunda huşsuz vəziyyətdə uzanan insanın pul kisəsini oğurlayaraq dərhal hadisə yerindən uzaqlaşır. Hadisə əvvəldən sona qədər kameralar tərəfindən qeydə alınır.
İsveçin TV3 kanalının yaydığı məlumata görə, zərər çəkən şəxsin sol ayağı həkimlər tərəfindən amputasiya edilib və bunula da onu həyatda saxlamaq mümkün olub.
Çox maraqlıdır, bütün dünyaya demokratiyanın və insan haqlarının qorunmasından car çəkən bir ölkənin vətəndaşlarında haradandır bu qədər acımasızlıq və qəddarlıq?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB