Balaca qızın böyük dramı

Şəkillərdə gördüyünüz kiçik Yunksing Hu, Çinin şimalında kasıb bir ailənin qızı olaraq doğulub. Səkkiz aylıq ikən, qarnı şişməyə başlayıb.

Qızın ailəsi bu şişə çox da əhəmiyyət verməyərək, kiçik qızı həkimə aparmayıblar. Beləcə günlər, həftələr ötüb keçdikcə kiçik qızın qarnındakı şiş daha da böyüməyə başlayıb. Balaca Hu Yunksingin, 4 yaşı olarkən, artıq onun qarnı eynilə yetkin bir qadının hamiləlik əsnasındakı qarnı kimi görünməyə başlayıb.

Ailə qızının çətinliklə hərəkət etdiyini və paltarlarının belə hətta əyninə olmadığını görərək, qızı həkimə aprmaq qərarına gəlib.

Yunksingin qarnını müayinə edən həkimlər, xəstəliyin şiş olduğunu müəyyənləşdirib və müalicəsinə çoxlu vəsait lazım olduğunu bildiriblər. Həkimlərin istədiyi pulu ödəyə bilməyəcək vəziyyətdə olan uşağın ailəsi, son çarə olaraq uşaqlarının fotoşəkillərini internetdə yayımlamaq qərarına gəliblər.

Üzləşdikləri əzab-əziyyətlərin sonunda bu kiçik qızın ailəsi, uşaqlarının əməliyyatı üçün lazımlı olan pulu yığıb, Yunksingi müalicə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə