Sumqayıtda Şəhər Günü münasibətilə Rusiyadan məşhur bir qrup dəvət olunacaq. Bununla belə Dövlət rəqs ansamblının çıxışı da nəzərdə tutulur. Bunu SİA-ya Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov deyib.
Onun sözlərinə görə, burada həmçinin Azərbaycanın əksər bölgələrinin, Sumqayıt şəhərinin müxtəlif musiqi kollektivləri də iştirak edəcək: "Şəhər Günü Sumqayıtın qədim yaşayış məskəni olan Corat qəsəbəsindən başlanılacaq və tədbir Bayraq meydanında davam etdiriləcək. Hazırda qədim Corat qalasınının bədii-tərtibat işlərini aparırıq. Ssenaridə gözlənilməz qonaqlar yenə də olacaq. Ötənilki kimi, Roma sərkərdəsi Pompey yenə də tədbirimizin əsas iştirakçılarından biri olacaq. Bununla belə dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma da ssenarimizdə var və o ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB