Armud heykələ döndü MARAQLI

İnanılmaz, ancaq gerçək və təəccübləndiricidir. Çinli bağbanının heykəl formasında olan armudları dünyanı heyrətə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bağban "budda" heykəli formasında armud yetişdirib.

Bağban istədiyi formanı almaq üçün ağacda yetişməkdə olan armudların üzərinə qəliblər yerləşdirib. Nəticədə "budda" formasında armudlar əldə edən bağban, 6 ildir bu təcrübə üzərində çalışdığını deyib.

Qeyd edək ki, bir müddət əvvəl də Yaponiyada kvadrat formasında qarğız yetişdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə