Oğullarını belə ayırd edir

Çinin cənubundakı Guangdong əyalətində anasının və sinif müəllimlərinin 6 yaşındakı dördəmləri biri-birindən fərqləndirə bilmələri üçün uşaqların saçını kəsərək rəqəm formasına salıblar. Çin mətbuatının verdiyi xəbərə görə, Shenzhen şəhərində yaşayan Dan Chaoyun adlı ana Jiang Yunlong, Jiang Yunxiao, Jiang Yunhan və Jiang Yunlin adlı dördəmlərin saçlarını sıra ilə 1-2-3-4 nömrələri şəkilində kəsiblər. Oğullarını ilk baxışdan ayırd etməkdə özünün belə çətinlik çəkdiyini deyən ana, məktəbə gedəcək uşaqlarının sinifdə bir-birlərinə qarışdırılmaması üçün saçlarını bu tərz kəsdirdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə