Berlin sakinləri Alisa Tsappe və Yuliya Lager yağış altında oxuyan çətir yaradıblar. Qızlar bunu çətirin alt tərəfdən örtüyünə 12 ədəd xüsusi sensor bərkitməklə ediblər. SİA-nın verdiyi xəbərə görə, xüsusi hissiyyatlı sensorlar yağışın güclü və ya zəif, damcıların iri və ya kiçikliyindən asılı olaraq müxtəlif melodiyalar ifa edirlər. Bununla da çətir hər cür yağışlı havada unikal melodik musiqi səsləndirə bilir. Alman qızlar ixtiralarının hələ mükəmməl olmadığını, Amsterdamda keçirilən konkursa çatmaq üçün çox tələsik işlədiklərini deyiblər. Sensorlar çətirə sadəcə olaraq yapışqanlı lentlərlə bərkidilib. "Müsabiqədə iştirak etmək üçün biz əvvəlcə musiqi zövqünə uyğun olaraq adama yemək təklif edə bilən proqram hazırlamaq istəyirdik. Buna xeyli vaxt sərf edəndən sonra çətin iş olduğunu gördük və son məqamda bu çətiri hazırlamaq qərarına gəldik" -deyə ixtiraçı cütlüyün biri, Alisa jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ən çətin iş sensorların hissiyatını tənzimləmək olub. Yüksək hissiyatlı sensorlar həddən artıq qarışıq səslər verir, zəif hissiyatda isə musiqi monoton alınır. Hər halda ixtiraçılar yekun işdən razı qalıblar. İndi onlar ixtiralarını mükəmməlləşdirməyi düşünürlər. Ən azı sensorları çətirə yapışdırmaq yox, alt tərəfdən parçaya tikmək daha məqsədə uyğundur. İlkin baxışdan mürəkkəb bir şey olmasa da, çətir artıq bir çoxlarının diqqətini cəlb edib. İxtiraçıların sözlərinə görə, artıq bir neçə kompaniya yeni çətirlə maraqlanır və onun kütləvi istehsalı barədə düşünürlər.
Şahin Abasov- SİA-nın Almaniyadakı müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB