Sentyabrın 14-dək səhər saatlarında Yer kürəsinin yanından yarım kilometr uzunluğunda olan 2012 QG42 asteroidi keçəcək. Rusiya mətbuatının verdiyi məlumata görə, hazırda astronomlar bu səma cisminin radar təlimlərini keçirməyə çalışırlar. Bu barədə İtaliyanın Remansakko rəsədxanasının yaydığı məlumatda bildirilir.
Alimlərin fikrincə, 2012 QG42 asteroidinin uzunluğu 200 metrdən 500 metrə qədərdir. Gələn həftənin cümə günü, sentyabrın 14-də Qrinviç vaxtı ilə saat 05:12 (Bakı vaxtı ilə saat 09:12) asteroid Yerdən 0.019 astronomik vahid (2.84 milyon kilometr) aralıda keçəcək.
Bu səbəbdən 2012 QG42 asteroidi potensial təhlükəli asteroidlər siyahısına daxil edilib. Astronomlar qeyd edir ki, gələcəkdə 2012 QG42 asteroidi Yer kürəsinə daha yaxın məsafədə keçəcək. Bu isə 15 sentyabr 2039-cu ildə baş verəcək. Bu zaman bu asteroid Yer kürəsinə 0.014 astronomik vahid məsafədə keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB