NASA xəbərdarlıq edib

NASA, dünyaya yaxınlaşmaqda olan radiasiya buluduna görə xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, günəşdə baş verən böyük fırtınalardan yayılan radiasiyanın dünyaya təsiri olacaq. Kosmos vasitəsi ilə çəkilən görüntülərdə günəşin səthindəki nizamsız maqnit qüvvələrinin qopardığı fırtınalar müşahidə edilib. NASA-nın günəş fəaliyyətinə aid videosunda nəhəng ulduzda olan rəng tonlarının dəyişərək qıvrımlar halında göründüyü məlum olub. Qıvrımlardan biri günəşdən qopacaqmış kimi görünüb.

Qeyd edək ki, cəmi 3 saat davam edən çəkilişdə təxminən 40 saniyəlik bir hissə yayımlanaraq, ultrabənövşəyi şüalar altındakı görüntülərə də yer verilib. ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi günəşdə baş verən partlayışların kosmosa saçdığı radiasiyanın bu gün dünyaya yayılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə