Çinli elm adamları düşüncə gücü ilə uçub, idarə edilən hava nəqliyyatını icad ediblər. "RIA Novosti" agentliyinin xəbərinə görə, Zhejiang Universiteti elm adamları hələlik bu təyyarənin yalnız qüsurlu insanlar üçün hazırlandığını deyib. Gələcəkdə isə əsgərlərin də isifadə edilə biləcəyini söyləyən alimlər "Flybuddy 2" adlı hava nəqliyyatının təqdimatını ediblər.
Kompüter Bluetooth vasitəsilə beyindən gələn EEG siqnallarını alır və bunları WiFi sistemlə verilən əmrlərə çevirir. Məsələn təyyarə beyinin "sol tərəfi" düşünəndə yüksəlib alçalır, "yüngül sol" düşünəndə saat istiqamətində, "sağ" düşünəndə isə irəliyə doğru hərəkət edir. Nəqliyyat vasitəsi göz qırpma hərəkətilə də komputerdə olan kamera vasitəsilə ətraf aləmin şəklini çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB