“İlk”-ə imza atıldı

Türkiyədə twitter vasitəsiylə bir "ilk"ə imza atılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədə bələdiyyə başçısı Mustafa Kara Cengizhan Çelik ilə Candan Canik adlı cütlüyün nigahı "twitter" sosial şəbəkəsi vasitəsilə qurulub. Mustafa Kara cütlüklərdən və şahidlərdən gələn cavablardan sonra "məndə Üsküdar xalqının mənə verdiyi səlahiyyətə əsaslanaraq sizi ər-arvad elan edirəm" -deyə qeyd edib. Bələdiyyə başçısı Türkiyədə ictimai media üzərində qurulan "ilk" nigaha beləcə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə