Avtomobillər evin salonunda?

Sinqapurda lüks avtomobillərini küçəyə, qaraja qoymağa ürək edə bilməyənlər üçün yeni bir göydələn tikilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 mərtəbəli "Hamilton Park" adlı göydələndə yaşayanlar bir –birindən lüks avtomobillərini qaraj yerinə evin salonuna qoyurlar.

Qeyd edək ki, 10-25 milyon dollar arası qiymətə satılan mənzillərdə yaşayanlar biometrik idarəli liftlə avtomobillərini evin salonuna qədər çıxara bilirlər. Hansı avtomobilin hansı mənzilə aid olduğunu bilən "ağıllı lift" başqa avtomobillərin yalnış yerə çıxmasına icazə vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə