Milyon dollarlıq avtomobil qəbirsanlığı

Milyon dollarlıq avtomobil qəbirsanlığı

Dubayın Beynəlxalq Hava Limanının avtoparkında xarici vətəndaşların tərk etməyə məcbur olduğu lüks avtomobillər çoxluq təşkil edir. Benzinin ucuz, verginin isə sıfıra yaxın olduğu Birləşmiş Ərəb Əmrliklərinin paytaxtında ən bahalı avtomobillər pendir çörək kimi satılıb. Şəhərdə işləyən xarici vətəndaşlar ölkələrinin üçdə biri qiymətinə satılan Ferrari və ya Mersedes markalı avtomobillərə etinasız qalmayıb. Lakin müəyyən müddət istifadə etdikdən sonra öz ölkələrinə birdəfəlik qayıtdıqda avtomobillər sahiblərinə bir çox problemlər yaradıb. Paytaxtın qanunlarına görə, şəhərdə işləyib öz ölkələrinə birdəfəlik qayıdan xarici vətəndaşların sahib olduğu mülklər aid olduqları ölkədə qalmalıdır. Başqa bir səbəb isə xarici vətəndaşın öz ölkəsində avtomobilin vergilərini ödəyə bilməməsidir.

Paytaxtın Gömrük İdarəsinin statistik məlumatına görə, bu səbəbdən Dubayı tərk edən xarici vətəndaşlar təxminən 3 min lüks avtomobili Beynəlxalq Havalimanın avtoparkında qoyub gedib. Ümumiyyətlə, paytaxtın Beynəlxalq Havalimanının üstü açıq avtoparkında tərk edilmiş vasitələr arasında 1.5 milyon dollarlıq bir Ferrari Enzo, 250 min dollarlıq bir başqa Ferrari, dəyəri ən az 150 minər dollar olan Yaquar, BMW və Audilər də var.

Bütün xəbərlər Facebook səhifəmizdə