Yuyula bilən klaviatura

İsveçrənin "Logitech" şirkəti "Washable Keyboard K310" adlı klaviaturanın istehsalına başlayıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, bu klaviaturanı toz, çirk və təsadüfən tökülmüş mayedən təmizləmək daha asandır. Zərurət yarandıqda qurğunu (USB kabel olmadan) kranın altında yumaq və ya 28 santimetrədək dərinlikdə suyun içərisində saxlamaq olar. Korpusun arxasında suyun tökülməsi üçün xüsusi dəliklər qurğuya yuyulduqdan sonra tez qurumağa imkan verir.

Qurğunun istehsalçısı qeyd edib ki, düymələrin üzərindəki simvollar lazer vasitəsilə həkk olunub və ultrabənövşəyi şüa ilə emal edilib. Ona görə də, uzunmüddətli istifadə və müntəzəm su prosedurları zamanı silinmir. Düymələr 5 milyon dəfədən çox sıxılmaya hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə