Oğrunun ismarıcı:”Axmaq!”

"TEMA" fondunun Adana nümayəndəliyinə təxminən 1 ay əvvəl pəncərədən girən şübhəlilər, iki kompüterdən birini oğurlayıb. Fondun nümayəndəsi Xəlil Akyürek polisə müraciət edib və pəncərərərə dəmir barmaqlıqlar düzəltdirib. Lakin oğrular bir həftə sonra dəmir barmaqlıqları da qıraraq girdikləri fondun digər kompüterini də oğurlayıb. Bir daha polisə müraciət edən Akyürek oğruların tutulmasına nail olmayıb.

Ramazan bayramından sonra fonda gedən Akyürek oğruların bu dəfə də otağın ventilyasiya pəncərəsindən içəri girərək bəzi əşyaları oğurladığını, otağın divarına isə "axmaq" yazısının yazıldığını görüb. Fond nümayəndəsi üçüncü dəfə polisə müraciət edib. Orğular və əşyalar tapıldıqdan sonra Akyürek: "Lazım olsa təhqir olunduğuma görə, məhkəməyə də müraciət edəcəyəm", - deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə