Maraqlı canlı tapılıb

Ovçular tərəfindən vurulduqdan sonra maraqlı bədən quruluşuna malik olduğuna görə baytara aparılan canlı, hər kəsi heyrətə salıb. SİA-nın verdiyi məlumata görə, Ukraynanın çöl sahəsində ovçular tərəfindən vurulan boz rəngdəki canlının iti dişləri, uzun boyu, arxa ayaqları kenquru ayaqları kimi uzun, ön ayaqları isə normal uzunluqda olub.

Ovçular heyvanın həm kenquruya, həm itə, həm də tülküyə bənzədiyini deyiblər. Heyvanın fotoşəkiləri internetdə yayıldıqdan sonra ilkin nəzəriyyə canlının radiasiyaya uğraması nəticəsində formasının dəyişildiyini bildirib. Digər bir nəzəriyyə isə, canılının kimyəvi və ya bioloji testlərin icra olunduğu yerdən qaçdığını iddia edib.

Ukraynada, hadisənin yaşandığı bölgənin baytarlıq bürosunun müdiri Mikhail Ilchenko: "Heyvan nə tülküyə, nə canavara, nə də rakuna bənzəmir. Qətiyyən sansar da deyil. Ancaq dişlərinin itiliyi və görünüşü bizi əmin edir ki, canlı ət yeyən heyvandır", - deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə