Yumurta yemək ölümə aparır?

Qırx yaşından sonra həftədə üç dəfə yumurtadan istifadə olunsa ürəyə ən az siqaret qədər zərər verəcəyi iddia edilib. Kanadalı alimlər apardıqları araşdırma nəticəsində bu qərara gəlib. Western Universitetində aparılan araşdırma xüsusilə yumurta sarısının ürək və qan-damar sisteminə ən az siqaret qədər zərər verdiyini təyin edib. Alimlər bədənin bir çox ehtiyacını qarşılayan yumurtanın ürək infarktına səbəb olduğunu açıqlayıb. Mütəxəssislər: "Həftədə 3 dəfədən çox yumurtanın sarısını yemək ən az siqaret qədər damarlarda qanın laxtalanmasına şərait yaradır"- deyə bildiriblər.

Kanadalı alimlər apardıqları araşdırmanın davam edəcəyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə