ABŞ "X-51A Waverider" pilotsuz hipersəsli uçan aparatın sınağına hazırlaşır. "Dayly Mall" xəbər verir ki, sınağın həyata keçirilməsi bu günə nəzərdə tutulub.
Məlumata əsasən, aparat B52 hücum təyyarəsinin qanadının altına bərkidiləcək. 15,24 kilometr yüksəkliyə qalxdıqdan sonra isə "X-51A Waverider" havaya buraxılacaq. Saatda təxminən 7200 kilometr məsafə qət edən aparatın Sakit okeana düşməsi planlaşdırılır.
Hesablamalara görə, uçaq təxminən 1 saat ərzində Londondan Nyu-Yorkadək olan məsafəni qət etməlidir. Aparatın 149 milyon dollara başa gəldiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB