10 sent 1,6 milyon ABŞ dollarına satıldı MARAQLI

10 sent 1,6 milyon ABŞ dollarına satıldı MARAQLI

ABŞ-ın Filadelfiya şəhərində keçirilən auksionda 10 sent məbləğində olan qəpik pul 1,6 milyon dollara satılıb. SİA-nın xəbərinə görə, nümizmatlar qəpiyin belə yüksək qiymətləndirilməsini onun çox gözəl vəziyyətdə qalması ilə izah edirlər. 1873-cü ildə zərb edilmiş 10-luq qəpik digər qədim bənzər nümunələrlə müqayisədə ideal formada qalıb. Mütəxəssislərin fikrincə, belə hallara çox az təsadüf edilir.

Bu nadir nümunə uğrunda 4 kolleksiyaçı mübarizə aparsa da, adı açıqlanmayan bir nəfərə onu almaq müyəssər olub. Auksionda bu nümunə ilə yanaşı, Karson-Sitidə (Nevada ştatı) istehsal edilmiş 111 qəpik də satılıb.

Bir müddət əvvəl Orlando şəhərində də 1 sent qiymətində olan mis qəpik adı açıqlanmayan kolleksiyaçı tərəfindən 1 milyon dollara alınıb. Qəpiyin yüksək qiymətinə yaxşı vəziyyətdə qalması ilə bərabər, istehsal edildiyi tarix (1793-cü il) də təsirini göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə