İsveçdə aparılan araşdırmaya görə, gündə 7-8 saatdan daha az yatan qadınların bel nahiyyəsi daha çox piylənməyə məruz qalır. Uppsala Universitetində ağciyər xəstəlikləri mütəxəssisi Dr. Jenny Theorellin araşdırma qrupu yaşı 50-yə qədər olan 6 min 500 qadın üzərində təcrübə aparıb.
Təcrübə zamanı qadınların sağlamlıq problemləri mövzusunda məlumat alınıb, çəkiləri və boy ölçüləri götürülüb. Araşdırma nəticəsində 7-8 saatdan daha az yatan qadınların bel nahiyyəsinin daha çox piylənməsi ortaya çıxıb. Dr. Jenny Theorell gündə 5 saat yatan bir qadının bel nahiyyəsinin, 8 saat yatan bir qadına görə 6 santimetr daha qalın olduğunu deyib. 7-8 saatdan daha az yatan qadınların bel nahiyyəsi qalınlığı 89.8 santimetrə qədər artdığı təsbit olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB