ABŞ-ın Boston şəhərində şanslı ev pişiyi 19-cu mərtəbədən düşdüyü halda yalnız kiçik biz cızıqla xilas olmağı bacarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şəkər adlı ağ ev pişiyi çölü seyr etmək üçün dırmaşdığı kiçik pəncərədən yapışa bilməyərək 60 metr yüksəklikdən yerə düşüb. Heyvan xilasetmə qurumu tərəfindən dərhal veterinara aparılan Şəkərdə bir-iki kiçik cızıqdan başqa heç bir zədə olmadığı aşkarlanıb.
Mütəxəssislər Şəkərin möcüzəvi sağ qalışını izah ediblər. Belə ki, yüksəklikdən düşən pişiklər uçan sincab kimi pəncələrini açır, ayaqlarını isə bir-birindən aralı tuturlar. Ona görə də çox vaxt belə hallarda onlar ölümdən qurtulurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB