Artıq çəkidən azad olmaq istəyən xanımlar bəzi qaydalara əməl etməklə istədikləri görkəmə tez bir zamanda sahib ola bilərlər. SİA ABŞ alimlərinin məsələ ilə bağlı araşdırmalarının nəticələrini təqdim edir:
1.Səhər yuxudan oyanan kimi ilk olaraq 2 stəkan otaq temperaturunda olan su için. Çünki mütəxəssislər gün ərzində 3 litr suyun qəbul edilməsini vacib sayırlar. İstəyinizə uyğun olaraq görə suyun içərisinə limon və ya alma sirkəsi əlavə edə bilərsiniz.
2.Yemək yeyərkən su içməyin. Mayeni yeməkdən yarım saat əvvəl və bir saat sonra qəbul edə bilərsiniz.
3.Hazır meyvə şirələrindən və qazlı içkilərdən uzaq durmağınız məsləhət görülür.
4.Şam yeməyini bir az erkən yemək, hava qaraldıqdan sonra isə yalnız şorba yemək olar.
5.Yaxşı olar ki, ağ undan hazırlanmış çörəklərə üstünlük verməyəsiniz.
6.Süd, pendir, qatıq, yumurta və toyuq əti çox az qəbul edilməlidir.
7.Hər gün açıq havada ən azı 30 dəqiqə piyada gəzmək lazımdır
Və sonda, neçə kiloqram atmaq istəyirsinizsə həmin rəqəmi 3-ə vurun. Məsələn, 3 kiloqram atmaq istəyirsinizsə deməli, 9 gün bu proses davam etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB