Xanımlar, əgər sizləri də qoltuqaltı qaralmaları narahat edirsə, bu qaraltılardan evdə tətbiq edə biləcəyiniz üsullarla xilas ola bilərsiniz. SİA sınaqdan keçirilmiş və uğurlu nəticələr əldə edilmiş üsulları sizlərə təqdim edir:
1. 1 çay qaşığı alma suyu, 1 çay qaşığı limon suyu, 1 çay qaşığı vazelindən əldə etdiyiniz qarışığı qoltuq altınıza sürtün və qurumasını gözləyin. Quruduqdan sonra nə isti, nə soyuq, yalnız ilıq su ilə yuyun. Yuduqdan sonra da körpə pudralarından sürtün və bir neçə vaxt gözləyin. Bir müddət sonra bu qaralmalar keçəcək.
2. 2 yemək qaşığı yoqurt, 1 çay qaşığı bal, 1 çay qaşığı limon suyunu qarışdırın. Qoltuq altınıza sürtün. 15 dəqiqə saxlayın və yuyun. Sonra uşaq pudrası sürtün. Bu üsuldan həftədə 2 dəfə istifadə etməyiniz kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB