Milli İnternet Mükafatı Müsabiqəsinin - Milli Net 2012-in Təşkilat Komitəsinin toplantısı keçirilib. SİA-nın xəbərinə görə, toplantıda Milli Net 2012- in təşkili və hazırlıqla ilə bağlı məsələlər müzakirə edilib. Müsabiqəyə sentyabr ayında start veriləcəyi bildirilib. Bu ilki yarışmanın da 11 Nominasiya üzrə keçiriləcəyi qeyd olunub. Müsabiqə aşağıdakı
Nominasiyalar üzrə keçiriləcək:
Korporativ saytlar
İctimai-sosial saytlar
Media və İnformasiya
Mədəniyyət, incəsənət və turizm saytları
Ailə, uşaq və sağlamlıq
Asudə vaxt, idman və əyləncə
Bloqlar
Elm və təhsil
Dövlət və bələdiyyə saytları
Elektron xidmətlər
İstifadəçi kontenti üzərində qurulmuş saytlar
TK tərəfindən ehtiyac olarsa xüsusi nominasiyaların müəyyən olunacağı nəzərə alınıb.
Təşkilat Komitəsinin və Münsiflər Heyətinin tərkibinə yeni üzvlərin seçilməsi məqsədəuyğun
hesab olunub və bununla bağlı namizədlərin AİF –in toplantısında təsdiq edilməsi qərara alınıb. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilməyəcəyi bir daha diqqətə çatdırılıb. Toplantıda müsabiqəyə təqdim olunan saytların keyfiyyətinə xüsusi diqqət yetirilməsi, qiymətləndirmə kriteriyalarının dəqiqləşdirilməsi, Milli Net saytının təkmilləşdirilməsi, mükafatlandırma mərasiminin daha yüksək səviyyədə keçirilməsi ilə bağlı təkliflər səslənib və nəzərə alınıb.
Ötən illərdə olduğu kimi bu il də Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların
iştirakına icazə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB