3 yaşlı uşağın qapıya dırmaşmaq qabiliyyəti - VİDEO

3 yaşlı uşağın qapıya dırmaşmaq qabiliyyəti - VİDEO

"YouTube"də 3 yaşlı uşağın mənzilin qapısına çıxmasının görüntüləri yayımlanıb. "The Teleqraph" agentliyi xəbər verir ki, bu balaca Sofi Diksondur.


İngiltərənin Lafboro şəhərindən olan qızcıqazın atası Sofinin öz boyundən bir neçə dəfə hündür olan qapıya məharətlə çıxmasını lentə almaq qərarına gəlib.


"YouTube"də bu video-çarxa təxminən 200 min dəfə baxılıb. Artıq balaca Diksona reklamlara çəkilmək təklif olunur. Sofinin atası bildirib ki, əldə olunacaq bütün gəlirlər uşaqların hüquqlarını müdafiə edən "Save the Children" təşkilatına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə