Misirdə video-zarafata tuş gələn aktyor həqiqəti öyrənəndə hirslənərək əvvəlcə qarşısına çıxan hər kəsi döyüb, sonra studiyanı dağıdıb. Türkiyə mediası xəbər verir ki, dekorasiyanı təpikləyib hamını təhqir edən aktyor vəziyyəti lap gərginləşdirərək silahını çəkəndə ətrafdakılar qorxuya düşüb.
Alman kanalı üçün çəkilən proqrama dəvət aldığını düşünən misirli aktyor Ayman Kandelə video-zarafat edən qrup ona gündəmlə bağlı şərh verməsini istəyib. Proqram zamanı telefonlə proqrama bağlanan tamaşaçının "Biz səni və gördüyün işləri sevərək izləyirik, amma İsrail kanalına çıxmağına çox qəzəbləndik. Bu sənə yaraşmaz" sözlərindən sonra zarafata tuş gələn aktyor çaş-baş qalıb.
Reklam arası başlayan kimi aktyor "Bura İsrail kanalıdı? Bunu mənə niyə deməmisiniz? Siz də israillisiniz? Niyə yalan danışdınız? Məqsədiniz nədir?" deyərək bərk əsəbiləşib. Qadın aparıcının ona bu barədə məlumat verdiklərini, lakin onun buna fikir vermədiyini deməsi isə aktyoru tam hövsələdən çıxarıb. Və olan olub...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB