Azadlığa çıxdıqdan 60 saniyə sonra həbs edildi

Azadlığa çıxdıqdan 60 saniyə sonra həbs edildi

Paltar geyinməkdən imtina etdiyi üçün 6 il həbsxanada yatan çılpaq səyyah Stefen Qauf artıq növbəti dəfə həbsə atılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Stefen Qaufun sonuncu həbsi çox gülməli alınıb. Belə ki, o azadlığa buraxıldıqdan 60 saniyə sonra yenidən həbs edilib, buna səbəb onun yenidən paltarlarını soyunaraq çılpaq gəzməsi olub.

O, həbsxanadan buraxıldıqdan 60 saniyə sonra parkların birində paltarlarını soyunub və çılpaq gəzməyə başlayıb. Buna şahid olan, polis isə onu saxlamaq məcburiyyətində qalıb.

Qauf elədiyinə görə peşman olmadığını və çılpaq gəzməyə davam edəcəyini bildirib.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə