Dəhşət səhnəsi: həkimlər nə üçün baş əyir? - FOTO

Dəhşət səhnəsi: həkimlər nə üçün baş əyir? - FOTO

Şəkildəki görüntü çox heyrətamizdir. Həkimlər xəstənin çarpayısının önündə dayanaraq təzim edirlər. Onlar öz minnətdarlıqlarını xəstəyə deyil, onun valideynlərinə bildirirlər. O valideynlərə ki, bir neçə saniyə sonra övladlarını süni nəfəs aparatından ayıraraq həyatına son qoyacaqlar.


Ciyərparalarının çarəsizliyini bilən valideynlər üçün bu addımı atmaq çox ağırdır. Amma onlar bu ağırlığı çiyinlərinə hələ də yaşamaq ümidi olan iki uşağa görə götürüblər. Həyatlarını davam etdirmək üçün yaxın bir saat içərisində həmin körpələrdən birinə böyrək, digərinə isə qaraciyər lazımdır.


Qeyd edək ki, hadisə Yaponiya xəstəxanalarından birində baş verib

Bütün xəbərlər Facebook səhifəmizdə