2030-cu illərdə baş tutması planlaşdırılan Marsa sərnişin səyahəti üçün fəaliyyətə başlayan bir qrup alim "qırmızı planetə" səfər ərzində nə yeyiləcəyini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Marsa səyahət qaranlıq məqamlarla doludur. Bu məqsədlə axtarışlara başlayan tədqiqatçılar səyahət üçün xüsusi menyu hazırlıyır. 6 və ya 8 nəfərlik astronavt qrupuna əsasən planlaşdırılan menyunun sərnişinlərin sağlam və rahat səyahətini təmin etmək məqsədi ilə tərtib olunacaq.
"Qırmızı planetə" səyahətin 6 ay davam etməsi nəzərdə tutulur. Astronavtlar Marsda 18 ay qalıb 6 aya da geri dönəcəklər. Bütün bu müddət isə cəmi 30 aya bərabər olacaq. İki il yarım davam edəcək səfər üçün kosmik gəminin soyuducusunun tam doldurulması lazımdır. Yəni bir ailənin haradasa 3 illik azuqəsi gəmiyə yerləşdirilməlidir. Bu isə o qədər də mümkün deyil.
Araşdırma aparan qrupun nümayəndəsi Maya Kuper Marsın çox uzaqda yerləşdiyi üçün fərqli plıanet olduğunu deyib. Kuper hesab edir ki, onların Beynəlxalq Kosmos Stansiyasına hər altı aydan bir gəmi ilə ərzaq göndərilməsi variantı olmayacaq.
Marsa gedəcək astronavtlara 100-ə yaxın yemək növünün təqdim edilməsi planlaşdırılır. Lakin bunların hazırlanması, dondurulması ya da qurudulması üçün ən azı 2 il tələb olunur. Bundan əlavə yeməklərin səyahətdən əvvəl yoxlanılması və astronavtlar tərəfindən təsdiqlənməsi də vacibdir. Marsda cazibə aşağı səviyyədədir. Bunun menyuya da təsir edəcəyi düşünülür. Marsa gedəndən sonra astronavtların gəmidəki ərzaqlarla yemək bişirməsi də variantlardan biridir. Lakin Marsda su qaynatmağa icazə verilib-verilməyəcəyi yoxlanılmalıdır. Bundan əlavə planetdə yaradılacaq "yaşıl ev"də astronavtlar öz tərəvəz və meyvələrini də yetişdirə biləcəklər. Bunun üçün torpaq əvəzinə mineral qatqılı su istifadə ediləcək. Bu variant həyata keçirilsə, astronavtlar təzə ərzaqlarla qidalana biləcəklər.
Menyuda süd və ət məhsulları olmayacaq. Marsa səfər çox uzun müddətli olacağı üçün yeməklərin qorunması qeyri-mümkündür.
Menyu ilə bağlı araşdırmalar hələ də davam edir. NASA-nın yaxşı yemək bişirən astronavtı kabina ekipajına daxil edəcəyi isə dəqiqləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB