Ölən arvadına sevgisini necə bildirib?

Ölən arvadına sevgisini necə bildirib?

İngiltərədə havadan təsadüfən çəkilən bir fotoşəkil bir bağbanın vəfat edən arvadına sevgisini ortaya çıxarıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bağban palıd ağaclarını ürək formasında əkib. Yalnız yuxardan görünə bilən romantik tema havadan çəkilən bir fotoşəkil sayəsində ortaya çıxıb.

Vinston Hoves adlı 70 yaşındakı bağban 33 illik həyat yoldaşı Janetin 17 il əvvəl qəfildən ölməsindən sonra palıd fidanlarını əkmək fikrinə düşüb. O, fidanları 2.5 hektarlıq əraziyə elə formada əkib ki, ortaya möhtəşəm bir ürək forması əmələ gəlib.

Hoves: "Janet öldükdən sonra bu ərazidə bir ürək forması yaratmaq fikrinə düşdüm. Bu bir anda ağlıma gəldi və yaxşı fikir olduğunu düşündüm. Dərhal palıd fidanlarını əkməyə başladım. Bu yer neçə illərdir ki, yoldaşımın xatirəsini əziz tutur",- deyə bildirib.

Qeyd edək ki, Hovesin həyat yoldaşı Janet 1995-ci ildə 50 yaşında ürək çatışmazlığından ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə