\"Victoria`s secret\"in məşhur modeli və futbolçu Kristiano Ronaldonun sevgilisi İrina Şeyk özünü aktrisa kimi sınayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rusiyalı model İrina Rusiya və ABŞ-ın birgə çəkəcəyi ingilisdilli romantik komediyada əsas rolu ifa edəcək.
"The Hollywood Reporter"in yazdığına görə, filmdə həyasız, hiyləgər daşınmaz əmlak ticarətçisinin İrinanın canlandıracağı qəhrəmana olan sevgisindən bəhs edilir. Filmin çəkilişinin payızda baş tutması gözlənilir. Filmin təqdimatı isə 2013-cu ilin yazında keçiriləcək.
Xatırladaq ki, İrina Şeyk artıq uzun müddətdir ki, portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldoyla birlikdədir. Şayələr gəzirdi ki, cütlük 12 iyulda evlənəcək, ancaq heç nə baş vermədi. həmin gün cütlük toy mərasiminə getmək əvəzinə, balıq tutmağa gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB