13-ü cümənin (bu günün) sirri - MARAQLI

13-ü cümənin (bu günün) sirri - MARAQLI

Ayın 13-ə təsadüfən edən cümə (bu gün) sakit gün olmaya bilər. Bunu Rusiya Astrologiya Məktəbinin direktoru Aleksandr Zaryev deyir. Zaryevin sözlərinə görə, astrologiya və numerologiya nöqteyi-nəzərdən bu cümə xüsusi gündür. Onun birinci yarısı əlverişli olmayacaq. Ayın sonuncu fazada dayandığı bu gündə köhnə borclara və öhdəliklərə münasibətdə daha çox diqqətli olmaq lazımdır.


Cüməyə təsadüf edən 13-ü tarixlərində heç kəsə heç nə söz vermək düzgün deyil. Çünki istənilən məsələ çətin yerinə yetiriləndir. Ən yaxşısı köhnə işləri başa çatdırmaqdır.


Astroloq bu gün yollarda gedərkən də diqqətli olmağı tövsiyə edir. Tez qərar verməməyi, yolu keçərkən ehtiyatlı davranmağı məsləhət görür.


Qeyd edək ki, dünyanın bir çox yerlərində həssas adamlar ayın 13-ə təsadüf edən cümə günlərindən qorxurlar. Bu qorxu müxtəlif sahələrə də təsir göstərib. Sırf 13 rəqəmi ilə bağlı onu demək olar ki, bir çox hotellərdə 13-cü nömrəyə rast gəlmək mümkün deyil. Hətta 13-cü mərtəbə də yoxdur.


"13-ü cümə" qorxusunun tarixi kökü isə deyilənə görə, orta əsrlərdə mövcud olmuş Tampliyerlər ordeninin cəngavərlərinin edamı ilə əlaqədardır. Həmin hadisə Fransa kralı IV Gözəl Filipin əmri ilə 1307-ci ilin cümə gününə təsadüf edən 13 oktyabrında baş tutmuşdu.


Ayın 13-ə təsadüf edən cümənin düşər-düşməzliyinə dair növbəti versiya Adəm və Həvva ilə bağlıdır. Bildirildiyinə görə, onlar məhz bu gündə qadağan olunmuş meyvəni yeyiblər və ondan sonra həm ölməzliklərini itiriblər, həm də cənnətdən qovulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə