Böyük Britaniyanın Milli arxivi Uçan Naməlum Obyektlərlə (UNO) bağlı məxfi materialları dərc edib. "The Daily Telegraph" xəbər verir ki, maraqlananlar 6700 səhifəlik sənədlərlə tanış ola bilərlər. Materialların içərisində hökumət hesabatları, ufoloqların məktubları və s. sənədlər yer alıb.
Məlumata görə, UNO-larla əlaqədar ən yüksək səviyyədə müzakirələr də aparılıb. 1998-ci ildə B.Britaniyanın baş naziri Toni Bleyer naməlum obyektlərlə bağlı iclas keçirib.
Buna səbəb isə yazıçı, ufoloq Nikols Redfern müraciəti olub. Redferin yadplanetlilərin hökumətdən gizli məlumatların oğurlanması üçün tədbirlərin görülməsini tövsiyə edib.
Məxfi sənədlərdə o da bildirilir ki, 1995-ci ildə keçirilən iclasda isə yadplanetlilərin səfərinin "hərbi kəşfiyyat", "elmi", yaxud "turist" xarakteri daşıması ehtimalı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB