2012-ci ilin yayında dünyada ən bahalı otelləri London, Nyu-York və Cenevrə təklif edib, ən ucuz otellər isə Banqkok, Kuala-Lumpur və Sofiyada olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Londonda mehmanxana nömrəsi üçün orta qiymət 233 avro, Nyu-Yorkda 217 avro, Cenevrədə isə 215 avrodur. Növbəti yerləri isə Təl-Əviv, San-Fransisko, Edinburq, Kann və Venesiya tutur ki, burada da nömrələrin qiyməti bir sutka üçün 156-168 avro arası dəyişir. 9-cu yerdə 146 avro qiymətlə Parisdir. Turistlər üçün ən bahalı şəhərlər siyahısında ilk onluğu 145 avro otel qiyməti ilə Oslo tamamlayır.
Araşdırmalara görə, əksinə, ən ucuz otellər Tailand, Malayziya və Bolqarıstanın paytaxtındadır. Beləliklə, Banqkokda otel nömrəsinin orta qiyməti 46 avro, Kuala-Lumpurda 48 avro, Sofiyada 52 avrodur. Turistlər üçün ən ucuz şəhərlər siyahısına həmçinin Dehli, Buxarest, Qahirə, Budapeşt, Polşanın Krakov və İspaniyanın Qrenada şəhərləri daxildir. Burada otel qiymətləri 53-62 avro arası dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB