Hollandiya kanalı Merkelə Hitlerin bığını çəkib-FOTO

Hollandiya kanalı Merkelə Hitlerin bığını çəkib-FOTO

Hollandiyanın Nos telekanalında xəbərlərin yayımı zamanı Almaniyanın kansleri Anqela Merkel dodağının üstündə qara xətlə görüntülənib ki, bu da Adolf Hitlerin bığını xatırladıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir görüntü verilişin qrafikinin üstündə video yayımladıqda alınıb. Effekt aparıcının Anqela Merkellə Fransa prezidenti Fransua Oland arasında baş tutan görüş haqqında danışdıqda və arxa fonda video görüntüləndikdə yaranıb. Merkelin "bığ"ı Twitter istifadəçilərinin diqqətini cəlb edib və bu hadisəni də onlar yayıblar. Bununla bağlı videonu "Youtube"də izləmək olar.


http://www.youtube.com/watch?v=Q51gkH-2oxY

Bütün xəbərlər Facebook səhifəmizdə